Ru
17:55 / 05 İyul 2024

Bloomberg: Aİ Baydenin seçkidən geri çəkilməsini dəstəkləyir

1666
Avropa rəsmiləri hesab edirlər ki, ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərindən Respublikaçı Donald Trampı məğlub edə biləcək Demokrat namizədin xeyrinə geri çəkilməlidir.

Bakupost.az -ın Bloomberg-ə istinadən məlumatına görə, onlar əmindirlər ki, bu, NATO-da Ukraynaya dəstək məsələsində birliyin qorunmasına kömək edə bilər.

Agentlik qeyd edir ki, bəzi Aİ rəsmiləri artıq iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti öncəsi Baydenin vəziyyəti ilə bağlı narahatlıq keçirirlər. "Yeddilik" ölkələrinidən birindən olan məmurun sözlərinə görə, telesuflyorun köməyi olmayanda Bayden gözlənilməz olur.

Agentlik əlavə edib ki, sammit zamanı Baydenin "hər addımı, jesti və replikası" çox diqqətlə yoxlanılacaq:

"Baydenin qapalı görüşlərdə etdiyi hər hansı səhv addımlar iştirakçılar tərəfindən açıqlanacaq və onun gedişi ilə bağlı tələbləri gücləndirəcək.

NATO-nun adı açıqlanmayan yüksək səviyyəli diplomatının agentliyə bildirdiyinə görə, Alyansın sammitində prezidentin ətrafının prioriteti diqqəti Baydendən yayındırmaq olacaq. Bunun müqabilində ABŞ diqqəti Ukraynaya yardım mövzusuna yönəltmək niyyətindədir.

Eyni zamanda, agentlik qeyd edib ki, Baydenin Aİ rəsmiləri arasında dəstəyini itirməsinə baxmayaraq, icma hələ də onun NATO daxilində kollektiv təhlükəsizliyə yanaşmasını bölüşür. Bu dəstək xüsusilə Bayden iyunun 27-də debat zamanı Trampdan Rusiya Federasiyası ilə münaqişə vəziyyətində NATO-nu müdafiə edib-etməyəcəyini soruşduqdan sonra daha da gücləndi. Belə ki, Tramp suala “çiyinlərini çəkməklə” cavab verdi. ABŞ-ın NATO-dakı keçmiş səfiri (2009-2013) İvo Daalder “Bu, 75 il ərzində ABŞ-ın təhlükəsizlik öhdəliklərini öz müdafiəsinin əsası hesab edən ölkələr üçün məyusedici cavabıdır” deyib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər