ABŞ-nin İrana qarşı yeni hücumlarla bağlı qərarı təxirə salaraq diplomatik səylərə vaxt ayırmaq istədiyi barədə xəbərlər neftin qiymətini aşağı salıb.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir bareli 111 dollar, Qərbi Texas nefti “WTI” isə 102 dollar ətrafında ticarət olunur.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında diplomatiyaya üstünlük verdiyini bildirdiyi, dövlət katibi Marko Rubionun isə yeni hücumlarla bağlı hələ qərar verilmədiyini açıqladığı qeyd olunur.
Bununla belə, İranın ABŞ və İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşdığı bildirilir. “Rabo” bankın enerji strateqi Florens Şmit Yaxın Şərqdə gərginliyin artmasının neft qiymətlərini yenidən yüksəldə biləcəyini deyib.
Vüsalə Hüseynova,
BakuPost