Ru
12:18 / 25 Noyabr 2026

Süfrəmizə zəhər daşıyırmışlar: 400 ton xarab toyuq əti ələ keçdi

Süfrəmizə zəhər daşıyırmışlar: 400 ton xarab toyuq əti ələ keçdi
Eye

Azərbaycanda 400 tondan çox istifadəyə yararsız və insan sağlamlığı üçün təhlükəli toyuq əti məhsullarının satış məqsədilə saxlanılması faktı üzrə cinayət işi başlanıb.

“Bakupost” Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumata əsasən xəbər verir ki, pozuntu “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin Xızı rayonunda yerləşən saxlama anbarlarında aşkar edilib. Yoxlamalar zamanı yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq məhsullarının normal, yararlı məhsullarla birlikdə saxlanıldığı məlum olub.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. İstintaqla Cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyevin (təşkilatçı qismində), direktor Elşən Usubovun və kəsim sexinin müdiri Nazim Məmmədovun qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri müəyyənləşdirilib. Hər üç şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri — təhlükəli qida məhsullarını qabaqcadan əlbir olaraq külli miqdarda satış məqsədilə saxlama və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə direktor Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar