Ru
11:51 / 25 Noyabr 2026

Bu maşınların qiyməti ən lüks avtomobilləri belə geridə qoyur – 760 MİN MANAT!

Bu maşınların qiyməti ən lüks avtomobilləri belə geridə qoyur  – 760 MİN MANAT!
Eye

Son dövrlər Azərbaycanda kolleksiyaçılar və avtomobil həvəskarları arasında retro avtomobillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Yerli elan saytlarında yerləşdirilən təkliflər göstərir ki, nadir buraxılış illərinə və az yürüşə malik klassik modellər qiymət baxımından müasir lüks avtomobilləri belə geridə qoyur.

"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, elanlar arasında ən yüksək qiymət Sumqayıtda satışa çıxarılan 1938-ci il istehsalı “Mercedes 170 V” modelinə məxsusdur. 2,4 litrlik mühərrikə və 82 min kilometr yürüşə malik bu nadir avtomobil 760 min manata təklif olunur. Siyahıda ikinci yeri Bakıda satılan 1959-cu il buraxılışlı “Cadillac DeVille” tutur; cəmi 120 kilometr yürüşü olan 6,4 litrlik Amerika klassiki 395 min manata dəyərləndirilib.

Digər diqqətçəkən elanlarda da rəqəmlər yüz min manat həddini aşır. Bakıda 1963-cü il istehsalı “Ford Galaxie” (2 000 km yürüş) 250 min manata, 1969-cu il buraxılışlı “Ford Mustang” (4 555 km yürüş) isə salon tərəfindən 187 min manata satışa çıxarılıb.

Avropa və sovet avtomobil sənayesinin nümunələri də yüksək qiymətləndirilir: Gəncədə 1970-ci il istehsalı GAZ 13 "Chayka" 160 min manata, Bakıda 1975-ci il buraxılışlı BMW 2002 144 min 500 manata, 1937-ci il istehsalı GAZ M-1 isə 100 min manata alıcı gözləyir.

Bu cür avtomobillərin yüksək qiymətə təklif olunması onların orijinal detallarla qorunub saxlanması, nadir tapılması və uzunmüddətli investisiya vasitəsi kimi dəyərləndirilməsi ilə birbaşa bağlıdır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar