Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:44 / 07 İyun 2024

Bu il nə qədər şagird məktəbi bitirir?

3604
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 min 782 şagird bitirir.

İdarədən Bakupost.az -a verilən xəbərə görə, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 min 664, XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.

Eyni zamanda paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 29 767 müəllim fəaliyyət göstərir, 505 min 372 şagird təhsil alır.

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 min 530 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar