Ru
23:21 / 26 Oktyabr 2022

“Bu, tərbiyəsizlikdir” - Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına REAKSİYA

19905
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.

Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.


“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri əlavə edib.


Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.



Günel
Baku Post
Şərhlər
  • Daşqın Əzimov

    Çİngiz Abdullayev düzgün edib. Jurnalist də həddini bilsin.

  • Camaat

    Naftalin iyi verən anar ata -anasının adı altinda 40 ildir oturduğu yerdən durmur. Utanmırmı,bəs deyilmi ?.Nəyə lazım idi o qurultay 200-300 minin nə qədər dərdi var.Bu vəsaitə qazilərə ,şəhid ailələrinə 15-20 ev almaq olardı .Jurnalist düz edib .Bəsdir bu yaltaqlar dəstəsi sizə ar olsun.Sizlərdə utanan sifət yoxdur.Bunu 50 ildirki gorürük.

  • Rəşad Məcid-ə

    Rəşad M'əcid jurnalisti axmaq ,zəhərli ilan deyən, təhqir edən, özlərini ədəbi icma nümayəndəsi sayan Anar və Çingizə niyə yaltaqlanır? Axı o mətbuat şurasının başıdır.Əksinə o jurnalisti maraqlandıran suala mədəni cavab tələb etməli idii.Onlar kolxoz bazarında deyildilər axı!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər