Azərbaycanda yarımqoşquların idxalı gömrük rüsumlarından azad edilməsi təklif olunur.
"Bakupost" xəbər verir ki, bu, "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən qoşquların və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən 3 il müddətinə rüsumlardan azad olunması təklif edilir.
Bundan başqa, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı – 2027-ci il fevralın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qoşquların və yarımqoşquların idxalı isə 2027-ci il fevralın 1-dən 3 il müddətinə gömrük rüsumundan azad olunur.