Ru
20:48 / 19 Yanvar 2022

Bu nazirə istefa verməyi qadağan etmişəm - Paşinyan

822

Ermənistanın baş naziri Nikol Paşinyan iqtisadiyyat naziri Vahan Kerobyana istefa verməyi qadağan edib.


Bakupost.az xəbər verir ki, bunu parlamentdəki hökumət saatında hökumət başçısının özü deyib.


“Cənab Kerobyana istefa verməyi qadağan edən mən olmuşam. Hər bir nazir və hökumət üzvünün nə qədər işləyib-işləməyəcəyinə mən qərar verəcəm”, - deyə Paşinyan bildirib.

Cavabında “Hayastan” blokunun deputatı Areknaz Manukyan Kerobyanı günahlandırmadığını bəyan edib. O, nazirin verdiyi vədləri yerinə yetirməməyi Paşinyandan öyrəndiyini deyib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatda ikirəqəmli artım proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək.

Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər