Ru
10:15 / 12 Sentyabr 2024

Bu ölkədə meymunçiçəyinə yoluxma artıb - Daha bir nəfər...

2301
Pakistanda meymunçiçəyinə 6-cı yoluxma qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Pakistanda meymunçiçəyinə yoluxma artıb.

Pakistan Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən qayıdan şəxsdə meymun (mpox) virusu aşkar edilib.

Bildirilib ki, bu şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.

Pakistanda aşkarlanan 6 yoluxmanın ölkə xaricindən gələn şəxslərdə aşkarlandığı bildirilib.

Qeyd edək ki, meymunçiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar