Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar.
"Bakupost" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Əmək müqaviləsi ilə çalışan işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq, sosial sığorta sistemində iştirak etməklə gələcək pensiya hüququ qazanmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququna malikdir.
Bununla yanaşı, əmək müqaviləsi ilə işləyən şəxslər ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə edə, iş vaxtından artıq işə cəlb olunduqda əlavə əməkhaqqı ala bilərlər.
Həmçinin həmin işçilər icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin olunurlar.
Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olurlar.
Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən elektron qaydada imzalandıqda hüquqi qüvvəyə minir.
On illər öncə bu İnsan Haqları üzrə zəruri qanuni xəbırdarkıqlar və sərt qərarlar əvəzinə *sovet*dən qalma təsadüfi *OçkoVtiralstvo* hazırki (müasirr-daha *vacib-maraqlı *Otkat*ın) özəl üstqurumun nəzarətindən müqaviləsiz işlər, aylalarla gecikən maaşlar nə MMin, nə Həmkrların, nə hüquq-məhkəmə icraçılarının dəqiqliyinə tuş gəlirdi? Hazırda Dövlət Əmək Müfəttişliyinin qeydində neçə belə ödənməmiş müraciət-şikayət var? Məhkəməyə ehtiyac yoxmuş ki, maaşı elə işə=götürən Özü yazıb də? Prokurorluq və qanunçu MM öz rüblük hesabatlarında səsləndirə bilər! Suveren dövlətimiz tək PA-dan ibarət deyil ki? Əlavə strukturlar qanun-qaydalara saat kimi saz-dəqiq hesabatları haçandan rübdə bircə də olsa hesabatlayacaqlar ki, Azərbaycanda İnsan Haqlarını qərbi avropa, AŞPA, ya digərləri səsləndirməsinlər?