Ru
09:40 / 03 Avqust 2026

Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - VİDEO

Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu  - VİDEO
Eye

Bakıda daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması müşahidə olunur.

“Bakupost” xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımı xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda daha çox nəzərə çarpır.

Ekspert bildirib ki, yeni tikili binalarda da bahalaşma dalğasının davam edəcəyi gözlənilir:

“Bunun əsas səbəblərindən biri paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalmasıdır. Hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər, əsasən, bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir”.

Daha ətraflı “Xəzər Xəbər”in materialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar