Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Təcili tibbi yardım avtomobili "VAZ- 2106" markalı maşınla toqquşub.
Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.