Ru
16:38 / 06 İyul 2024

Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

1141
Xəbər verdiyimiz kimi, iyulun 6-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Bakupost.az xəbər verir ki, Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına görə, iyulun 6-da təşkil olunan MİQ imtahanlarına rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub. Ümumilikdə 84 faiz davamiyyət qeydə alınıb.
MİQ imtahanları iyulun 8-də davam etdiriləcək.

Xatırladaq ki, MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 2-dən başlanılıb və iyulun 10-da yekunlaşacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər