Ru
14:34 / 25 Sentyabr 2026

“Burger King”in keçmiş işçiləri maaşlarını tələb edir: Əmək Müfəttişliyindən AÇIQLAMA

“Burger King”in keçmiş işçiləri maaşlarını tələb edir:  Əmək Müfəttişliyindən AÇIQLAMA
Eye

“Burger King”in Azərbaycandakı filiallarında çalışmış 50-yə yaxın əməkdaşın əməkhaqlarını ala bilməməsi ilə bağlı müraciətini yayımlamışdıq. Keçmiş işçilər 2023-cü ildən etibarən maaşlarının ödənilmədiyini, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsələr də, nəticə əldə edə bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyindən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, “Anar Food” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Xidmətiə daxil olmuş fərdi və kollektiv müraciətlər Bakı Şəhər İdarəsi tərəfindən araşdırılıb.

Qeyd edilib ki, araşdırma çərçivəsində müraciətlərdə göstərilən halların dəqiqləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülüb, aidiyyəti qurumlardan və müəssisədən zəruri məlumat və sənədlər tələb edilib.

Xidmətin məlumatına görə, araşdırmanın nəticəsi barədə müraciət edən şəxslərə qanunvericiliyə uyğun olaraq müvafiq məlumat verilib.

Bununla yanaşı, mediada yayılan məlumatlar nəzərə alınaraq, məsələnin əlavə araşdırılması məqsədilə “Anar Food” MMC-yə təkrar sorğu ünvanlanıb.

Mövzuya qayıdacağıq.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar