Ru
12:26 / 30 Sentyabr 2022

Caliber: Ermənistan yeni müharibəyə hazırlaşır - VİDEO

1905
Ermənistandan gələn bir neçə siqnal İrəvanın fəal şəkildə Azərbaycanla yeni müharibəyə hazırlaşdığından xəbər verir.

Bakupost.az xəbər verir ki, bu barədə "Caliber"in hazırladığı analitik materialda bildirilir.


Qeyd olunur ki, bu siqnallar o qədər aydındır ki, Ermənistanın vurnuxan hakimiyyətin əsl niyyətinə artıq heç bir şübhə yoxdur.

Qeyd olunur ki, birincisi, Hindistanla Ermənistan arasında raket və döyüş sursatlarının ixracı ilə bağlı müqavilə imzalanıb. Sifarişin məbləği isə 240 milyon dollardan çoxdur. Xüsusən də bildirilir ki, sifarişə artıq Hindistan ordusunun sərəncamında olan "Pinaka" çoxlüləli reaktiv yaylım atəşi sistemlərinin tədarükü daxildir.


İkincisi, Ermənistanın hərbi büdcəsi 2023-cü ildə 1 milyard 326 milyon dollar təşkil edəcək ki bu da hazırkı göstəricidən təxminən 56% çoxdur.

Üçuncüsü, artıq noyabrın 22-dək davam edəcək ehtiyatda olan hərbçilərin səfərbərliyi ilə bağlı məlumatlar yayılıb. Üstəlik, htiyatda olan zabit və əsgərlər üçün avqustun 1-dən elan edilmiş üç aylıq hazırlıq hələ başa çatmayıb.


Dördüncüsü, Ermənistanın hərbi-siyasi rəhbərliyi son günlər Azərbaycanla şərti sərhəddə silahlı təxribatları intensivləşdirib.


Qeyd olunur ki, ən önəmlisi bütün bunların Paşinyanın oktyabrın 6-da baş tutmalı olan Praqa səfərindən əvvəl baş verir. Qeyd edək ki, hətta erməni mənbələri Paşinyanın sülh müqaviləsi layihəsini Praqaya aparacağını bildirirdi: "Lakin yuxarıda qeyd olunanların hamısı - hərbi büdcənin artırılması, Hindistan silahlarının alınması və ehtiyatda olan hərbçilərin toplanması onu göstərir ki, erməni tərəfi sülh danışıqlarını sabotaj edir, hətta gələcək sənədin müzakirəsini belə yubadmaqla yanaşı, həm də fəal şəkildə yeni müharibəyə hazırlaşır".


Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər