Ru
09:44 / 30 Yanvar 2025

Çempionlar Liqasında gecənin nəticələri: Növbəti mərhələyə və pley-offa gedənlər

Çempionlar Liqasında gecənin nəticələri:  Növbəti mərhələyə və pley-offa gedənlər
1518

Futbol üzrə Avropa Çempionlar Liqasında son turun bütün oyunları baş tutub.
Bakupost.az xəbər verir ki, liqa mərhələsini “Liverpul” 21 xalla lider tamamlayıb.
İngiltərə klubu yalnız sonuncu turda “PSV Eindhoven”a məğlub olub.

Sonuncu tur çərçivəsində baş tutan görüşlərin nəticələri belə olub:

"Aston Villa" - "Seltik": 4:2;
"Barselona" - "Atalanta": 2:2;
"Bayer" - "Sparta Praqa": 2:0;
"Bavariya" - "Slovan Bratislava": 3:1;
"Brest" - "Real Madrid": 0:3;
"Dinamo Zaqreb" - "Milan": 2:1;
"Borussiya Dortmund" - "Şaxtyor Donetsk": 3:1;
"Jirona" - "Arsenal": 1:2;
"İnter" - "Monako": 3:0;
"Yuventus" - "Benfika": 0:2;
"Lill" - "Feyenoord": 6:1;
"Mançester Siti" - "Brügge": 3:1;
"PSV Eindhoven" - "Liverpul": 3:2;
"Zalsburq" - "Atletiko Madrid" - 1:4;
"Sportinq" - "Bolonya": 1:1;
"Şturm" - "RB Leypsiq" - 1:0;
"Ştutqart" - PSJ: 1:4;
"Yanq Boyz" - "Tsrvena Zvezda" - 0:1.

Qeyd edək ki, ilk 8 yeri tutan komandalar 1/8 finala çıxıblar.
Bunlar “Liverpul” (İngiltərə), “Barselona” (İspaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya), “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Lill” (Fransa) və “Aston Villa”dır(İngiltərə).
9-24-cü yerləri tutan komandalar isə pley-off mərhələsində 1/8 finala qalan vəsiqələr uğrunda mübarizəni davam etdirəcəklər.
Pley-off mərhələsinə vəsiqə qazananlar isə "Atalanta" (İtaliya), "Borussiya Dortmund" (Almaniya), "Bavariya" (Almaniya), "Real Madrid" (İspaniya), "Milan" (İtaliya), “PSV Eindhoven” (Hollandiya), PSJ (Fransa),”Benfika” (Portuqaliya), "Monako" (Fransa), "Brest" (Fransa), "Feyenoord" (Hollandiya), "Yuventus" (İtaliya), "Seltik" (Şotlandiya), "Mançester Siti" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Brügge"dir(Belçika).
Püşkatma sabah – 31 yanvar tarixində keçiriləcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar