Ru
21:22 / 12 İyul 2022

Çimərlik geyimi ilə bağlı qadağa – Cərimələnəcəklər

7694
İtaliyanın Neapol şəhərində yerləşən məşhur qəsəbə Sorrentoda qəribə qadağa qüvvəyə minib.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, qəsəbənin çimərliklərindən kənarda lüt və ya çimərlik geyimi ilə gəzmək qadağan edilib. Bu qaydaya əməl etməyən turistlər 500 avro cərimə ödəməli olacaqlar.


Qadağa ilə bağlı açıqlama verən bələdiyyə sədri Massimo Koppola turistlərin yaratdığı vəziyyətin yerli əhalini narahat etdiyini dilə gətirib.


Qeyd edək ki, daha öncə İspaniyanın Marbella şəhərində də oxşar qərar qüvvəyə minib. Belə ki, Marbella küçələrində çimərlik geyimində gəzənlər 100 avro cərimə ödəməli olurlar.



Aysel


Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər