Ru
15:34 / 16 May 2022

Çin G7 ölkələrini sanksiyaları dayandırmağa çağırdı - Qanunsuz və yersizdir

Çin G7 ölkələrini sanksiyaları dayandırmağa çağırdı - Qanunsuz və yersizdir
Eye

Çin xarici işlər rəhbəri Çjao Liçzyan G7-ə daxil olan dövlətləri qanunsuz sanksiyaların qəbul edilməsini dayandırmağa səsləyib.


Bakupost.az xəbər verir ki, Liçzyan ölkələri rəngli inqilabları təhrik etməyi dayandırmağa, dünyada ikili və çoxsaylı standartları kənara qoymağa çağırıb.


Diplomat əlavə edib ki, böyük yeddilik hərbi təyyarə və gəmilərini digər ölkələrin sərhədlərinə göndərib, öz hərbi gücünü göstərməyi dayandırmalıdır.

Rəsmi Pekin Qərb dövlətlərinin Rusiya əleyhinə sanksiyaya çağırış və addımlarını əsassız, beynəlxalq normalara ziddi hesab edir.

“Dünya bu ikili siyasətə son verib, inkişaf və yüksəliş üçün planlar qurmalıdır, hər bir ölkə seçimi və mövqeyində müstəqil olmalıdır” – deyə o qeyd edib.


Aygün Musayeva
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar