Ru
08:41 / 17 İyun 2022

"Coca-Cola" Rusiyada satışını dayandırdı

1351
"Coca-Cola"nın Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi şirkətin bəyanatına istinadla məlumat yayıb.

Qeyd olunur ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra isə yeni tədarük və ya istehsal partiyası olmayacaq.

"Coca-Cola HBC" Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.


Xatırladaq ki, martın əvvəlində "Coca-Cola" Rusiyadakı fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdır. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər