Ru
09:55 / 28 İyun 2022

Cüneyt Arkın vəfat etdi

5782
Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.


Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 85 yaşında dünyasını dəyişib.


"Yeşilçam"ın unudulmaz sənətçisi Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor "Cüneyt Arkın" adı ilə məşhurlaşıb.


O, İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci yerə layiq görülüb. O, 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasını kariyerasında dönüş nöqtəsi adlandırıb.

Aktyor, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər