Ru
14:06 / 10 İyul 2024

Daha bir dönərxana bağlandı

1399
Naxçıvanda muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi İnstitutundan Bakupost.az -a verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.

Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində dörd nümunədə (iki toyuq və iki mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, bir müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər