Ru
16:23 / 02 İyul 2024

Damlanın İranda konsert verdiyi restoran bağlandı - VİDEO

4891
Bu gün Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə müğənni Damlanın çıxış etdiyi şadlıq sarayı bağlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb. Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Prokuror bildirib ki, müğənni qanunları pozub və hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olur.

Qeyd edək ki, Damla bir neçə gün öncə konsert üçün Ərbədil və Tehrana gedib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər