Ru
17:29 / 08 May 2024

“Dedim, ay Allah, necə oldu başıma hava gəlmədi” - Şuşa sakini

2722
Şuşada mənzillə təmin olunan sakinlərdən biri də polis kapitanı, ikinci qrup Qarabağ əlili Şunasi Babayevdir.
O, Bakupost.az -a açıqlamasında doğma yurduna qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib:

“Şuşa azad olunan gün o qədər sevinmişdim ki... Dedim, ay Allah, necə oldu başıma hava gəlmədi, "paralic" olmadım. Bir həftə xəstə yatdım. Erməni separatçıların Qarabağdan çıxarılması bizi çox sevindirir. Ali Baş Komandan, Müzəffər Ordumuz və xalqımız bizə bu qələbəni bəxş etdi.

Kiçik oğlum Elçibəy Şuşada tikinti işlərində işləyir və ailəsi ilə orda yaşayır. Oğlumun ailəsini üçotaqlı, birgə yaşadığımız hərbçi oğlumla bizi ikiotaqlı mənzillə təmin etdilər. Oğlum Cümşüd Vətən müharibəsi iştirakçısıdır, yaralansa da, döyüşü davam etdirib. Bu gün də Şuşada hərbçi kimi xidmətini davam etdirir. Onu evləndirmək istəyirik və Allah eləsin, Şuşaya ilk gəlini biz köçürək.

Mənzil verilmə xəbərini “Qaçqınkom”dan zəng vurub deyəndə məni ağlamaq tutdu. Püşkatmada iştirak etdim və mənzil aldım. Tezliklə Şuşaya köçəcəyik. Son bir neçə ildə özümüzü möcüzələr aləmində hiss edirik. Bu günümüzə çox şükürlər olsun”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər