Ru
20:10 / 03 Yanvar 2026

Dəhşətli qəzaya düşən şəxs məşhur meyxanaçının qızı imiş - VİDEO

Dəhşətli qəzaya düşən şəxs məşhur meyxanaçının qızı imiş - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.

Bakupost.az xəbər verir ki, sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.

Yaydığımız videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir.

Bakupost.az-ın ictimailəşdirdiyi hadisə cəmiyyətdə böyük rezonans doğurub, bir daha qarlı-buzlu hava şəraitində, xüsusən dağlıq ərazilərdə avtomobillə hərəkətin nə qədər təhlükəli olduğunu gündəmə gətirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar