Ru
19:32 / 17 İyul 2025

Deportasiya dalğası Bakıya qədər UZANDI

Deportasiya dalğası Bakıya qədər UZANDI
Eye

"Son dövrlərdə Rusiyada miqrantlara qarşı təzyiq və deportasiya halları artıb. Bu, xüsusilə Orta Asiya ölkələrindən olan işçilərə yönəlib. 2024-cü ildə Rusiyada 80.000-dən çox miqrant deportasiya edilib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur".

Bakupost.az xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu tədbirlər Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrinə də təsir göstərir:

"İyul ayına olan məlumata görə, Rusiya turistlərinin Azərbaycana səfərləri 30%-dən bir qədər çox azalıb".

Ekspert Rusiyada miqrantlara qarşı sərtləşdirilmiş tədbirlər və deportasiya hallarının həm daxili, həm də beynəlxalq səfərlərə təsir göstərdiyini xüsusilə vurğulayıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının Rusiyaya səfər planlaşdırarkən bu dəyişiklikləri və potensial riskləri nəzərə alması vacibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar