Ru
14:21 / 28 Oktyabr 2026

"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"

Eye

Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.

"Bakupost" Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist prodüserin ölümündən sonra daha çox parlamasını sosial şəbəkələrlə əsaslandırıb.

O bildirib: “Oqtay Əliyev dünyada olanda 5 aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, “TikTok” yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.

Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.

Xatırladaq ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar