Ru
17:51 / 24 Noyabr 2026

Yeni telefon ekranları gəlir: Cəmi 0.3 millimetr...

Yeni telefon ekranları gəlir: Cəmi 0.3 millimetr...
Eye

“Apple”ın 2027-ci ildə təqdim edəcəyi gözlənilən yubiley “iPhone” modelinin dizaynı digər istehsalçıların da marağına səbəb olub. “Samsung”, “Xiaomi” və “Oppo” yeni flaqmanlarında dörd tərəfi əyri şüşə dizaynını sınaqdan keçirir.

“Bakupost” xəbər verir ki, yeni dizaynla ekran çərçivələrinin minimuma endirilməsi hədəflənir.

Məlumata görə, “Oppo”nun 2027-ci ildə təqdim edilməsi gözlənilən “Find X11 Pro Max” modelində çərçivələrin cəmi 0,3 millimetr olacağı iddia edilir. “Samsung” və “Xiaomi” də oxşar dizayn üzərində işləyir.

Yeni texnologiyada ekran paneli düz saxlanılır, yalnız qoruyucu şüşənin kənarları əyilir. Bu yanaşma əvvəlki əyri ekranlarda yaranan təsadüfi toxunma və qoruyucu şüşə istifadəsi problemlərini azaltmağı hədəfləyir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar