Ru
09:54 / 04 May 2026

DİQQƏT! Pensiyaçılara şad xəbər

DİQQƏT! Pensiyaçılara şad xəbər
Eye

Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.

Bəs, orta pensiya məbləği artırıla bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.

Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:

“Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir.

Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur.”

Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:

“Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq.

Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil.”

Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.

Şərhlər
  • Roma

    Bizdə pensya təyinatı kökündən yarıtmaz, ədalətsiz bir sistemdir. Belə ki, biri 2-3-4 yüz manat, digər biri isə 2-3-4 və hətda 5-10 min manat pensiya alır...niyə, nə səbəbə???... deyəcəksiniz ki, az alan fonda pul yığmayıb, o biri isə artıqlamasilə doldurub, bu kökündən yanlış yanaşmadır. Belə ki, çox alan yaxşı işi olub, yaxşı da maaş alıb, o biri isə iş tapa bilməyib, tapıbsa da maaşı minimum olub və s...nə isə demək istəyirəm ki, minimum pensiya olduğu kimi maksimum da olmalıdır. Hazırkı reallığı nəzərə alaraq minimum pensiya 500-750 manat və daha çox, maksimum isə 1000-1500 manatdan artıq olmamalı, nisbət 2:1-dən artıq olmamalıdır. Sovet dönəmində minimum 70 rubl, maksimum isə 120 rubl idi...bax o sosial ədalət sistemi idi, indiki isə yox. Hamının bəy tərifi vurduğu fırıldaqçı, "cəfakeş Xalqsevər" Səlim Müslümovun pensiya sistemidir ki, yəqin indi özü də bəhrələnir, ayda 4-5 min pensiya almaqla, qapazladığı milyonların üstünü düzəldir...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar