Ru
12:48 / 22 İyun 2022

Dişləriniz hansı səbəbdən saralır? - Həkim sadaladı

Dişləriniz hansı səbəbdən saralır? - Həkim sadaladı
Eye

Diş minasının saralması bir sıra xəstəliklərdən xəbər verir.


Bakupost.az xəbər verir ki, bu barədə həkim stomatoloq Vladimir Losev bildirib.


Dişlərin sarı emalı, sarı ləkələr autoimmun xəstəliklər və mədənin reflüks xəstəliyi zamanı çox olur.


“Bəzən yanlışlıqla düşünürlər ki, sarı rəng qəhvə, çay, içki içənlərə, siqaretdən olur. Amma bu ciddi xəstəliklərin əlaməti ola bilər.
Mədə turşuluğu yüksək, reflüksü olan xəstələrdə mədə şirəsi ağız boşluğuna geri düşür. Bu zaman diş emalı zədələnir. Nəticədə dişlər saralmış kimi görülür. Əslində isə dişin rəngi dəyişmir, sadəcə emal yeyilib, alt qatı - dentin görünür. O isə sarımtıldır.


Autoimmun xəstəliklər - revmatizm, sistem xəstəlikləri, artrit, artozu, revmatoid artriti olan insanlarda da dişlər saralır.


Sarı dişləri ev şəraitində zərərli vasitələrlə ağartmağa çalışmayın. Soda ilə diş emalını daha da məhv edərsiz”.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar