Ru
16:18 / 08 May 2024

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi - VİDEO

2693
Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib.

“Həmin ərazidə bakterial çirklənmə baş verib. Sanitar-gigiyenik tələblərin pozulması səbəbindən qida məhsulunda zəhərlənmə halının yaranması nəticəsinə gəlmişik. Bu gün artıq qanunvericiliyə uyğun olaraq həmin obyektdə plandankənar yoxlama həyata keçirilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb”, - Agentlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.


Şərhlər
  • Abdulla Abdullayev

    Hansı səbəbdən yazılan şərh göstərilmir? Bu hörmətsizlik və anlaşılmayan hərəkətdir.

  • Abdulla Abdullayev

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kafe və restoranlarda, plandankənar, yəni, müdüriyyətə əvvəlcədən xəbər vermədən yoxlama həyata keçirərsə, bu halda, daha ciddi pozuntularla rastlaşa bilər. Bu qanunsuzluqlar ida Təhlükəsizliyi Agentliyi fəaliyyətsizliyinin müstəqil nəticəsidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər