Ru
20:39 / 09 Yanvar 2023

Dünyanın ən xoşbəxt ölkəsi - İnsanlar nədən məmnundur? - ARAŞDIRMA

9660
“World Happiness Report”a görə Finlandiya beş il dalbadal dünyanın ən xoşbəxt ölkəsi kimi 1-ci yerdə qərarlaşıb. Finlandiyalı psixoloq bunun səbəbi barədə araşdırma aparıb.

Bakupost.az CNBC-yə istinadən xəbər verir ki, 2022-ci ilin hesabatında 156 ölkənin vətəndaşlarından öz həyatlarını 0-dan 10-a qədər qiymətləndirmək istənilib. Burda həmçinin sosial dəstəyə, ömür uzunluğuna, alicənablığa və korrupsiyanın olmaması kimi amillər də nəzərə alınıb.

Xoşbəxtliyin əsaslarını öyrənən Fin psixoloqunun dediyinə görə, ondan soruşurlar ki, Finlandiyada insanları həyatlarından bu qədər məmnun edən nədir?

"Bunun 3 əsas səbəbi var:

1. Biz özümüzü qonşularımızla müqayisə etmirik. Fin şairinin məşhur misrası var: Xoşbəxtliyinizi müqayisə etməyin və ya öyünməyin". Psixoloq Finlandiyanın ən varlı adamlarından birini nümunə gətirərək deyib: "Bir dəfə onunla rastlaşanda uşaq arabasında körpəsi ilə tramvay stansiyasına doğru gedirdi. O, özünə bahalı avtomobil ala və ya sürücü tuta bilərdi. Amma ictimai nəqliyyata üstünlük vermişdi. Finlandiyalılar onları xoşbəxt edən şeylərə daha çox, uğurlu görünməyə isə daha az diqqət yetirirlər. Əsl xoşbəxtliyə doğru ilk addım özünüzü başqaları ilə müqayisə etmək deyil, öz standartlarınızı təyin etməkdir.

2. Təbiətdən daha çox faydalarınırıq. Finlər təbiətin onlara dinclik, enerji və istirahət bəxş etdiyini düşünürlər. İstirahət zamanı çox vaxt kəndə getməyə üstünlük verirlər. Evdə işıq və su olmasa, nə qədər az şərait olsa, bir o qədər yaxşıdır. Finlandiyada işçilərin dörd həftəlik yay tətili hüququ var. Bir çoxları həmin vaxtda kəndə gedir və təbiətdə vaxt keçirirlər. Təbiətdə vaxt keçirmək canlılığı, rifahı artırır və şəxsi inkişaf hissi verir.

3. Biz cəmiyyətdə insanların bir-birinə olan etibarını, inamını qorumağa çalışırıq. Araşdırmalar göstərir ki, bir ölkə daxilində etimad səviyyəsi nə qədər yüksək olarsa, vətəndaşları da bir o qədər xoşbəxt olur. 2022-ci ildə dünyanın 16 şəhərində “itirilmiş pul kisəsi” təcrübəsi ilə vətəndaşların dürüstlüyü yoxlanılıb. Helsinkidə 12 pul kisəsindən 11-i sahibinə qaytarılıb. Fin xalqı bir-birinə güvənməyə və dürüstlüyə dəyər verir. Noutbukunuzu kitabxanada unutmusunuzsa və ya telefonunuzu qatarda itirmisinizsə, onu yenidən əldə edəcəyinizə tam əmin ola bilərsiniz".

Əfsanə Rəcəb
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər