Ru
22:02 / 31 İyul 2024

Elcana qarşı haqsızlıq olmayıb - AÇIQLAMA

Elcana qarşı haqsızlıq olmayıb - AÇIQLAMA
Eye

“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdoçumuza qarşı haqsızlıq edilməyib.

Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Elcan Hacıyevin (90 kiloqram) fransalı rəqibi Maksim-Qael Hambu ilə görüşündə ədalətsizliyə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, idmançımızın tətbiq etdiyi fəndin hesaba alınmamasının səbəbini açıqlayıb: “Daha əvvəl hakim dayanma işarəsi vermişdi. Elcan fəndi həmin işarədən sonra tətbiq etdi. Ona görə də qeydə alınmadı”.

Qeyd edək ki, Elcan Hacıyev Maksim-Qael Hambu ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, mübarizə zamanı çiynindən zədə alaraq xəstəxanaya aparılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar