Ru
16:12 / 26 Oktyabr 2024

Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR

Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Eye

Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Su Təsərrüfatı Dövlət Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.

Bakupost.az baki-baku.az -a istinadən xəbər verir ki, təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi diqqət mərkəzində olub.

Təlimlər Heydər Əliyev prospektində son yağışlar zamanı su basmış körpünün yaxınlığında, eləcə də paytaxtın digər potensial təhlükəli ərazilərində keçirilib. Təlim zamanı dövlət qurumlarının nümayəndələri görüləcək zəruri tədbirləri müzakirə ediblər.

Təlimlər zamanı bütün xidmətlərin yaxşı əlaqələndirilmiş və koordinasiya olunmuş işi qeyd edilib.

Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Eldar Əzizov Bağırov körpüsündə təlimdə - FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar