Ru
12:16 / 29 İyul 2022

"Elmi institutlar universitetlərin tabeliyinə veriləcək" - Osman Gündüzdən AMEA ŞƏRHİ

"Elmi institutlar universitetlərin tabeliyinə veriləcək" - Osman Gündüzdən AMEA ŞƏRHİ
Eye

“Prezidentin fərmanı ilə AMEA-nın elmi institutları və təşkilatları yeni yaradılan​ Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Fərmana görə, Nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir. Hazırda ciddi maraq doğuran məsələ məhz​ nazirliyin tabeliyinə verilən elmi institutların​ fəaliyyətinin səmərəli qurulmasıdır. Son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və "Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutların fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək. Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat İnstitutu UNEC-in tabeliyinə, Riyaziyyat və Mexanika İnstitutu BDU-nun tabeliyinə, İnformasiya Texnologiyaları və keçmiş Kibernetika İnstututu AzTU-nun tabeliyinə,​ Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər”.


Bakupost.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


O bildirib ki, son zamanlar nazirlik və universitetlər daha çox elmi-tədqiqat və innovasiya​ yönümlü, araşdırma istiqamətində​ fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet-sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar:


“Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi-tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali gəhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə​ üstünlük verəcək. Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat, innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali Təhsil üzrə Dövlət​ Agentliyi də bu sahəni qaydaya salmaq üçün çox işlər görməli olacaq. Yeri gəlmişkən, güman ki hazırda bir çox univetsitet rəhbərləri hansı elmi instututların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyirlər. ​ Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəcək.​ Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir. ​ Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı. Təbii ki, yeni yanaşmalara görə, elmi institutlarda aparılacaq​ optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə Nazirilik tərəfindın təyin olunması​ da məntiqli və ağlabatan​ olardı. İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, prezidentin​ fərmanında və adı çəkilən Strategiyada​ elm və təhsilin​ inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək”.


Sevinc
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar