Ru
11:28 / 09 Mart 2023

“Əmək Məcəlləsində ziddiyyətli maddələr var” - Hüquqşünas

1613
“Hazırda işəgötürənlərin 90 faizi işçiləri ixtisar etmir, onalarla müddətli əmək müqaviləsi bağlayır. Müddət başa çatdıqda isə qanunsuz olaraq müqaviləyə xitam verir və kompensasiya ödənilmir. Tək-tək müəssisələr var ki, orada qapanma və ya ixtisarlar olduqda əlavə kompensasiyalar verir”.

Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, işdən çıxarılanlara orta aylıq əmək haqqının 5 misli civarında kompensasiya ödənilməlidir:

"Amma əksər şirkət və müəssisələr kompensasiya və ya başqa ödəniş etmirlər. Fiziki şəxslərlə bağlı məsələni isə qanunvericilik tənzimləmir. Sahibkar olan fiziki şəxslərdə VÖEN olmadığı üçün, işçisi ilə əmək müqaviləsinə xitam verdikdə, heç bir kompensasiya ödənilmir. Özəl sahibkarlar və bəzi hüquqi şəxslər qəsdən əmək müqaviləsini qısa müddətli bağlayırlar və heç bir ödəniş etmədən işçiləri işdən uzaqlaşdıra bilirlər".

Hüquqşünas bildirib ki, iş üçün müraciət edən işçi müddətsiz əmək müaviləsi bağlamağı tələb etdikdə, bu zaman onu işə götürmürlər:

"Qeyd edim ki, Əmək Məcəlləsində ziddiyyətli maddələr var. Bir maddədə göstərilir ki, işin göstərilən xidməti daimi xarakter daşıdığı halda, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Digər bir maddədə isə qeyd edilir ki, tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər”.

Sevinc
BakuPost
Şərhlər
  • Təqaüdçü Müslüm Müxlisov

    Dəyərli Müəllif və Hüquqşünas, hay sekta-qrupundan da öncə ictimai tarixə düşmüş sosializm cəmiyyəti KİMlərə mane olurdu bilmirəm? Hazırda Əmək Kollektivi şurası yaratmağa belə cürət etmirlər? Son iş yerində üç il məzuniyyət dövründə işləməyə razılıq aldılar, heç bir ilin də məzuniyyət haqqını ödəmədilər? Sosial Müdafiə və Vergi təftişi arasın görək ki, məzuniyyət ödənişləri nəyə-hara istifadə olunurmuş? Bəlkə, Xüyriyyə Fondlarına və ya öncədən Qarabağın Avropadan Bərpa fonduna köçürülürmüş? Axı, Avropa ölkələri vətəndaşlarının rifahı hələki erməni millətçilərinin hərbi təhdidi altında saxlanan Azərbaycandan çox aşağıdır? Elə ona görə də etnik soyqırım terrorçularının hüquqları üstün qəbul edilir!?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər