Ru
23:09 / 23 Oktyabr 2024

Ərdoğan Kazanda ziyafətə qatılmadı - Sabahkı görüşləri ləğv edildi

Ərdoğan Kazanda ziyafətə qatılmadı - Sabahkı görüşləri ləğv edildi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Türkiyə liderinin sabah üçün Kazanda planlaşdırılan görüşləri təxirə salınıb. O, bu gün axşam təşkil edilən təntənəli qəbulda da iştirak etməyib.

TASS isə Ankaradakı diplomatik mənbəyə istinadən Ərdoğanın cümə axşamı Kazanı tərk etməzdən əvvəl BRICS+ toplantısında iştirak etməyi planlaşdırdığını bildirib.

“Prezidentin nahar vaxtı qayıdacağı gözlənilir. Hələlik onun Kazanda keçiriləcək BRİKS+ görüşündə iştirak etməsi planlaşdırılır”, - mənbə bildirib.

Bu arada “Yeni Şafak” qəzeti qeyd edib ki, Ərdoğanın təyyarəsi Kazandan saat 11:20-də (Bakı vaxtı ilə 12.20) havaya qalxmalıdır.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar