Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:26 / 10 İyul 2024

Əri ölən qadına yenidən ailə qurmaq qadağası... - Psixoloqdan sərt açıqlama

2677
Xızı rayonunda Taleh Qurbanovun şəhid qardaşı Saleh Qurbanovun xanımı Ləmanı qətlə yetirməsiylə bağlı məhkəmə prosesi davam edir. T.Qurbanov məhkəmədə bildirib ki, hadisə Ləmanın “məni bu evə bağlayan heç nə yoxdur, mən burada qalmaq istəmirəm” deməsindən sonra baş verib.


Həyat yoldaşını itirən Ləmanın müstəqil yaşamaq istəyi onun ölümü ilə nəticələnib. Qeyd edək ki, bu hadisə cavan yaşında həyat yoldaşını itirən qadınların müstəqil yaşaması və ya yenidən ailə qurması ilə bağlı mentaliletdən irəli gələn qadağalar məsələsini aktuallaşdırıb.




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən psixoloq Zeynəb Əyyubova bildirib ki, hansısa qadının həyat yoldaşı rəhmətə gedibsə, onun həyatını necə yaşaması öz seçimidir:


"Bəzi xanımlar var ki, illərlə qayınana və qayınata ilə qalır. Söhbət gənc yaşında dul qalan qadınlardan gedir. Ancaq əri öldüyü üçün "axıra qədər həmin evdə qalacaqsan" deyə də hökm ola bilməz. Əslində qadının ata-anasıyla qayınatası-qayınanası ortaq bir məxrəcə gəlməlidirlər. Bu cür hadisələrdə ən çox əziyyət çəkən övladlardır, onlar atasız-anasız qalırlar”.

Psixoloq bu istiqamətdə insanlar arasında maarifləndirmə işi aparılmasının vacib olduğunu bildirib:

“Söhbət təkcə cinsəl ehtiyacdan da getmir. Həmin qadınların xoş söz eşitmək, kiminsə onun arxasında durduğunu hiss etmək və s. haqqı var. Biz təbii hisslərə görə insanları qınaya bilmərik. Ona görə də bu cahillik, “qadının bir dəfə ailəsi dağıldısa, daha ailə qura bilməz” düşüncəsi beyinlərdən silinməlidir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar