Ru
21:31 / 30 Sentyabr 2022

"Erməni bizimlə növbəti qarşıdurmaya girsə, sarsıdıcı zərbə alacaq" - SENSASİON AÇIQLAMA

2102
"Erməni bizimlə növbəti qarşıdurmaya girsə, sarsıdıcı zərbə alacaq".



Bakupost.az xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində politoloq Qabil Hüseynli deyib.



Onun sözlərinə görə, Fransanın və ola bilsin ki Amerikada müəyyən dairələrin bunlara təsiri olduğunu hesabdan silmək olmaz. Amma ortalıqda onların sözlərini doğruldacaq konkret bir iş yoxdur: "44 günlük müharibədə Azərbaycan ordusu Ermənistan ordusunun texniki heyətinin 85 faizdən çoxunu məhv etdi. Elə şəxsi heyətin də çoxu sıradan çıxarıldı. Məhz buna görə də, Ermənistan ordusunu komplektləşdirməyə çağırışçı sayı çatmır. İki milyon əhalinin yaşadığı bir ərazidə onların arzu etdikləri və güya müasir, möhtəşəm ordu quracaqları haqda fikirlər daha çox blef xarakteri daşıyır".



Professor vurğulayıb ki, Azərbaycan ordusunda yeni qoşun növləri - dağ komanda qoşun növü, quru qoşunları yaradılır. Üstəlik, indiyə qədər mövcud olan müxtəlif xüsusi təyinatlı qoşunlar, hərbi hava qüvvələri və s. hamısı yenidən qurularaq NATO standartlarına uyğunlaşdırılır.


Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:



Şərhlər
  • t.ədalət

    ermənistan bizimlə müharibəyə cəhd edirsə,deməli,bizim ordu rəhbərliyində Rusiyanın güclü casusu var.Yəqin ki həmin casuslar ermənistanı arxayın edirlər ki,xəyanətrlərini davam etdirəcəklər.Odur ki,biz qələbəmizdən tam əmin olmaq üçün ordu rəhbərliyindəki rusiya hərbi məktəbini bitirmiş zabitləri uzaqlaşdırmalıyıq.Bizim ordumuzun rəhbərliyində Türkiyə təhsili almış zabitlər olmalıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər