Erməni diasporunun Fransa hakimiyyətinə təzyiqi böyükdür - VİDEO
10786
“Diasporla müsahibə”nin Romada qonağı Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, iqtisad elmləri doktoru, Versal və ADA universitetlərinin müəllimi Günel Səfərova olub.
G.Səfərova müsahibəsində təhsil və elmi karyerasından danışıb, Amerika və Fransa universitetlərindəki pedoqoji fəaliyyətindən bəhs edib.
G.Səfərova Azərbaycan diasporunun Fransadakı fəaliyyətindən də danışıb:
“Azərbaycanla bağlı təbliğatımız davam edir. İlk növbədə yaşadığın cəmiyyətə inteqrasiya olunmağı bacarmalısan, sonra o cəmiyyətə nə isə verməlisən ki, tələb də edə biləsən. Ən başlıcası isə yaşadığın ölkənin dilini mükəmməl bilməlisən”.
Müsahibimiz bildirib ki, son vaxtlar Fransa ilə Azərbaycan arasında yaşanan soyuqluq siyasi çevrələrdən o tərəfə keçmir:
“Mən belə hesab edirəm ki, Fransa xalqı Fransa hakimiyyəti kimi düşünmür. Və hesab etmirəm ki, Fransada yaşayan azərbaycanlılar hər hansı bir təzyiqlə qarşılaşır. Biz buna təsadüf etməmişik”.
G.Səfərova onu da qeyd edib ki, erməni diasporunun mövcud Fransa hakimiyyətinə təzyiqi böyükdür.