Ru
12:09 / 04 Avqust 2022

Erməni nazir: Xankəndinə alternativ yol yazda hazır olacaq

4285
“Biz işə başlamışıq, texnika işləyir, yol çəkilir və gələn il yaza qədər hazır olacaq. Biz işi üç mərhələyə ayırmışıq və yolu sürətlə tikirik”.


Bakupost.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Ermənistan hökumətinin bu gün keçirilən iclasından əvvəl Xankəndinə alternativ yolun (Laçın şəhərindən keçməyən ) tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.


Xatırladaq ki, bundan əvvəl Ermənistan Sünik vilayətinin Tex və Kornidzor yaşayış məntəqələrindən keçən M2 avtomobil yolunun tikintisini təsdiqləyib. Laçın dəhlizindən yan keçən yeni M2 avtomobil yolu Xankəndini Ermənistanla birləşdirəcək və Laçın şəhəri və Zabux kəndindən keçən mövcud yolu əvəz edəcək.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər