Ru
14:34 / 22 Fevral 2023

Ermənilər atəşkəsi niyə pozdu? - Tofiq Zülfüqarovun şərhi

13227
Xəbər verdiyimiz kimi, fevralın 21-də saat 20:45-dən, fevralın 22-də isə saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusu Tovuz rayonunun Ağdam kəndi, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimizə atəş açıb.


Bəs, bir müddətdir davam edən atəşkəs rejimi niyə pozulub? Ermən hərbçilərin dövlət sərhədimizdə, eləcə də Qarabağda növbəti təxribatlara əl atmasının səbəbi nədir?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov bildirib ki, atəşkəsi pozan Ermənistan tərəfinin məqsədi bəllidir:


"Ermənistan bununla bu və ya digər şəkildə şərti sərhəddə xarici qüvvələrin yerləşdirilməsini təmin etmək istəyir. Avropa İttifaqının birinci missiyası sərhəddə yerləşəndə Ermənistan rəhbərliyi tərəfindən tez-tez belə fikirlər səslənirdi ki, müşahidəçilərin sayı yetərincə deyil. Ona görə ermənilər ənənəvi üslüba əl ataraq təxribatlar törədirlər. Məqsəd Azərbaycanı ittiham edib bölgəyə digər qüvvələri gətirməkdir. Daha dəqiqi, əsl məqsəd hərbi təyinatlı qüvvələrin regiona cəlb edilməsidir".
Sabiq nazirin sözlərinə görə, bu gedişlə sülh danışıqları nəticə verməyəcək:


"Əslinə qalsa, Ermənistanın məqsədi görüntü yaratmaqdır. Onlar danışıqlarda iştirak edərək, yalançı görüntü yaradırlar. Amma bəllidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyillər. Yəni, 30 il olduğu kimi yenə də anneksiya siyasətini davam etdirmək istəyirlər".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər