Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor
Ermənilər Qazaxın 4 kəndini öz sahibinə təhvil verdilər. 44 günlük savaşdan və bir günlük antiterror əməliyyatından sonra ilk dəfə olaraq ermənilər digər torpaqlarımızın da sülh yolu ilə Azərbaycana qaytarılmasına başladılar. Ermənistan Sovetlər Birliyi dağıldığı ərəfədə və ondan sonra işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytaracaqlar. Bunun alternativi yoxdur. Artıq bu gün – yəni may ayının 24-də Qazaxın 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Növbəti addım Qazaxın eksklav olan üç kəndinin və Kərki kəndinin geri qaytarılması olacaq.
Bundan sonra isə ermənilər zaman-zaman sərhədlərimiz boyunca, hələ Sovetlər dönəmində “səssiz” yağmaladıqları torpaqları geri qaytarmaq zorunda qalacaqlar. Sərhədlərdə aparılan delimitasiya işləri məhz bu məqsədə xidmət edəcəkdir. Sərhədlərin delimitasiya prossesi davam etdikcə, ermənilərin zaman-zaman bizdən nə qədər torpaq oğurladıqları tam üzə çıxacaq.
Dəfələrlə bu barədə yazmışam, bir daha təkrar edirəm – Zəngəzur Ermənistana veriləndə Mehri dəhlizinin eni 10 kilometrdən çox olmayıb. Bu fikirləri Ulu Öndər Heydər Əliyev də vaxtılə çıxışlarının birində səsləndirmiş və demişdi ki, necə olub ki, indi bu dəhlizin eni indi 46 kilometrdi?
Bu mənim gətirdiyim bir nümunədi. Ermənistanla sərhədlərin delimitasiyası hələ çox belə faktların üstünü açacaq. İnanmaq olmur ki, ermənilər Mehri dəhlizində şərqdən və qərbdən bizim sərhədlərə girərək, zamanla yağmaladıqları 36 kilometr ərazini öz xoşları ilə geri qaytaracaqlar.
Baxın, dünən onlar Qarabağ torpaqlarımızdan necə çıxdılar. 2020-ci ildəki ağır məğlubiyyətdən sonra, üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq Ağdamı, Kəlbəcəri və sonda Laçını tərk edərkən hansı vəhşiliklər törətdilər – evləri, inzibati binaları, meşələri yandırdılar, meyvə ağaclarına qədər kəsib vəhşilik nümayiş etdirdilər. Bunlar bir millət olaraq vəhşidilər – bunların üzdə sağlam görünəni də hansısa səbəbdən müvəqqəti maskalanmış vəhşidi. Bir millətin ünvanına yaraşmayan bu sözlər, inanın ki, ermənilərin ünvanına tam yarşır. Yəni onlar gerçəkdən bu xislətə sahib bir toplumdu.
Bu gün ermənilər Qazaxın dörd kəndini tərk edərkən Ağdamı, Kəlbəcəri və Laçını tərk edərkən oynadıqları oyunları oynadılar. Bütün bunlar bir millətin iç üzünüü göstəriciləridi. Özgə torpağını işğal et, işğal etdiyin torpaqda başqasının tikdiyi evi yağmalayıb orada yaşa və həmin evi tərk edərkən onu yandır! Bunun vəhşilikdən başqa adı yoxdur!
Tarix boyu erməniləri hansı dövlət qoynuna alıbsa, ona xəyanət ediblər. Xislətləri belədi. Onlar bu gün anklav olan 4 kəndimizi geri qaytardılar, sabah Qazaxın eksklav olan 3 kəndini və Naxçıvanla sərhəddə eksklav olan Kərki kəndini qaytardıqdan sonra, sərhədlərin delimitasiyası işi davam edəcək və bu zaman, ermənilər vaxtılə, hələ sovetlər dönəmində oğurladıqları digər Azərbaycan torpaqlarının da geri qaytarması məsələsi ortaya çıxacaqdır. Ermənilər çətin ki, bunu həzm etsinlər, çünkü söhbət zamanla yağmalanmış böyük ərazilərin Azərbaycana qaytarılmasından gedəcək.
Bu delemma qarşısında qalan haylar olsun ki, keçən ilin sentyabr ayının 19-da Qarabağda keçirtdiyimiz antiterror əməliyyatından sonra torpaqlarımızı bir nəfər kimi tərk etmiş ermənilərin aqibətini yaşasınlar – yəni kütləvi şəkildə Ermənistanı tərk etsinlər. İnanıram ki, bu baş verəcək!
Belə millətin dövləti olmur – ona zorla dövlət yaratmaq istəyənlərin ən böyük tarixi səhvi də budur...