Ru
10:05 / 16 Sentyabr 2022

Ermənistan daha böyük təxribat planlaşdırırdı, qarşısı alındı - Hikmət Babaoğlu

Ermənistan daha böyük təxribat planlaşdırırdı, qarşısı alındı - Hikmət Babaoğlu
Eye

“Cənubi Qafqazı öz geosiyası rəqabət meydanına çevirmək istəyən güclərə alət olmaqla Paşinyan daha çox ölkəsinə ziyan vurur”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.


O, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatın birdən çox səbəbi olduğunu vurğulayıb:



“Brüsseldə Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonra Ermənistanın belə bir təxribata əl atacağı məlum məsələ idi. Çünki Paşinyan Brüssel formatında keçirilən görüşdə yeni tələbələrlə çıxış etmiş, sərsəm iddialar irəli sürmüşdü. Hansı ki bunlar Azərbaycan tərəfindən qəbul ediləcək tələblər deyildi. Ona görə də Ermənistanın bu təxribatı gözlənilən idi. İrəli sürülən yeni iddialara kommunikasiyaların açılmasının rədd edilməsi, Zəngəzur dəhlizi ilə bağlı başlanılan dəmiryolunun çəkilişi işlərinin dayandırılması və avtomobil yolunun açılması ilə bağlı danışıqların aparılmaması daxil idi. Bu isə üçtərəfli bəyannamənin tələblərinin pozulması deməkdir”.


Millət vəkili Ermənistanın daha ciddi təxribatlar planlaşdırdığını dilə gətirib:


“Ermənistan öz iradəsinə deyil, xaricdən ona diktə olunan direktivlərə söykənərək hesab etdi ki, öz tələblərini danışıqlar masasında gündəmə gətirmək üçün güc tətbiq edərək üstünlük əldə edə bilər. Bu, ABŞ-ın Cənubi Qafqaz üzrə təyin etdiyi səfirin Ermənistanda səfərdə olduğu müddətdə baş tutdu. Belə çıxır ki, Ermənistanı dəstəkləyən xarici qüvvələr Minsk qrupunun fəaliyyətinin bərpa olunması ilə bağlı yeni gündəm yaratmağa çalışırdılar. Azərbaycanın gördüyü bu tədbirlər önləyici tədbirlərdir. Çünki ermənilər daha ciddi təxribatlar törətməyə hazırlaşırdılar. Onların bu böyük planının baş tutmaması üçün Azərbaycan dərhal xəbər tutaraq proseslərə müdaxilə etdi”.


H. Babaoğlu həmçinin vurğulayıb ki, Paşinyan Sorosun qarşısında müəyən öhdəlikləri olduğu üçün müstəqil qərarlar qəbul edə bilmir:


“Paşinyanın vaxt itirmədən beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin liderlərinə və KTMT-yə müraciət etməsi bir daha onun sübutudur ki, Ermənistan bu təxribatı əvvəlcədən planlaşdırmışdı. Burda Paşinyanın bir neçə məqsədi var. Ermənistan KTMT-ni və Moskvanı cəlb etməklə Rusiyanın vasitəçiliyi ilə əldə edilən üçtərəfli bəyannaməni etibarsızlaşdırmağa çalışır. Çünki Qərbdə olan bəzi güclər Ermənistanı buna həvəsləndirirlər. Bilirsiniz ki, Paşinyan Sorosun bir layihəsidir və onun müəyyən öhdəlikləri var. Ona görə də Cənubi Qafqazı öz geosiyası rəqabət meydanına çevirmək istəyən güclərə alət olmaqla Paşinyan daha çox öz ölkəsinə ziyan vurur. Cənubi Qafqazda sülhün əldə olunmasında kim daha çox rol oyanayacaq məsələsində bir geostrateji məqsəd var. Bu, Avropa İttifaqımı olacaq, ABŞ olacaq, yoxsa Rusiya? Çox təəssüf ki, Paşinyan da özünü və ölkəsini bu geostrateji rəqabətə alət edib. Odur ki, müstəqil qərarlar qəbul edə bilmir. Amma Azərbaycan Ermənistanı sülhə gətirməyin yollarını yaxşı bilir və gec-tez buna nail olacaq".


Günel
BakuPost

Şərhlər
  • t.ədalət

    Hikmət Babaoğlu!Paşinyan kimdir,onun məgər ordusu var?Aranı qatan,təxribatları törədən Putindir.Bu yolla hər iki respublikanı tənəzzülə uğradıb əsarətində saxlamaq istəyir.Siz dirijorun Putin olduğunu,bəlkə də çox yaxşı bilirsiniz.Ancaq,diqqəti Rusiyadan yayındırıb ermənistanın üzərinə yönəldirsiniz.ermənistan Rusiyanın işğal edib Azərbaycandan qopardığı ərazidir.Ona görə də Rusiya ələ keçirdiyi qəniməti-Azərbaycan torpaqlarını məhv olmayınca itirmək istəmir.ermənistan Rusiyanın Türkiyəyə qarşı yaratdığı platsdarmdır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar