Ru
21:30 / 10 Avqust 2022

Ermənistanda 19 yaşlı əsgər silahı ilə özünü vurub

1736
Avqustun 9-da Ermənistanın şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin atəş mövqeyində müddətli həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçu, 2003-cü il təvəllüdlü sıravi Erik Armenoviç Karsayanın üzərində güllə yarası olan meyiti tapılıb.



Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.



İstintaq Komitəsi çağırışçı əsgərin ölümü ilə bağlı cinayət işi açıb.



İlkin məlumata görə, Erik Karsayan özünə avtomatından atəş açıb. O, xəstəxanaya aparılıb və orada öldüyü bildirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər