Ru
15:50 / 25 İyun 2025

Ermənistanda dövlət çevrilişi cəhdi: 14 nəfər saxlanıldı

Ermənistanda dövlət çevrilişi cəhdi: 14 nəfər saxlanıldı
Eye

Ermənistanın İstintaq Komitəsi “hakimiyyəti ələ keçirməyə cəhd” işi üzrə istintaq çərçivəsində 14 nəfərin saxlanıldığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəsmi saytında məlumat verilib.

Hüquq-mühafizə orqanları saxlanılanların üzərindən silah-sursat tapıldığını bildirib.

Bundan əlavə, iddia edilən çevrilişdən sonra dövlət vəzifələrinə təyin edilmiş şəxslərin siyahıları da aşkarlanıb.

İstintaqçının vəsatəti əsasında işə nəzarət edən prokuror 16 nəfər barəsində cinayət işi başlanılması barədə qərar verib, onlardan 14-ü saxlanılıb.

Xatırladaq ki, bu gün səhər saatlarından hüquq-mühafizə orqanları müxalif “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlar aparıb. Əməliyyat tədbirləri hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın mənzilində də keçirilib.İstintaq Komitəsi onu hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilir.

Nikol Paşinyan İstintaq Komitəsinin yaydığı məlumatı şərh edərkən bildirib ki, hüquq-mühafizə orqanları ölkədə “cinayətkar-oliqarx-ruhani” qüvvələrin hakimiyyəti ələ keçirmə planının qarşısını alıblar.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar