Ru
17:24 / 15 Mart 2023

Ermənistanda yol qəzası: 4 zabit yaralandı

1584
Bu gün Ermənistanın Sünik vilayəıtində (Zəngəzur - red.) ağır yol qəzası baş verib.

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb və tarlaya yuvarlanıb.

Məlumata görə, qəza nəticəsində 4 erməni zabiti xəsarət alıb. Onlar hərbi hospitala yerləşdiriliblər. Ermənistan mediasının yazdığına görə, yaralanan zabitlər Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirlər.

Qəza ilə bağlı araşdırma aparılır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin



Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər