Ru
01:50 / 12 İyun 2024

Ermənistanın paytaxtında atışma: Kriminal avtoritet öldürüldü

Ermənistanın paytaxtında atışma: Kriminal avtoritet öldürüldü
Eye

Ermənistan paytaxtında atışma baş verib.

Bakupost.az Ermənistan mediasına istinadla xəbər verir ki, təxminən yarım saat əvvəl İrəvanın Ajapnyak rayonunda güllə səsləri eşidilib.

“Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın olduğu avtomobil atəşə tutulub.

Sakinlərin sözlərinə görə, onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər.

Hadisə yerinə polis qrupları cəlb olunub. Ərazidə içərisində qan izləri olan “Toyota Land Cruiser” aşkar olunub.

Bildirilir ki, atışma nəticəsində kriminal avtoritet öldürülüb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar