Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov yeniliklərin əsas fərqinin zərərlilik dərəcəsinin hesablanma mexanizmində olduğunu bildirib.
Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi:
“Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.
Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər:
“Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”.
E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır:
“Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.
Bu qərar oturub kimnen vermisiz size serf ede biler bu qərar vətəndaş olarağ mene serf etmir sğorta nı vacib elmisiz sğorta ol masa cerme yazirsiz olandada her hansi bir qezada deymiş zereri ödememik ücün bilmirsiz ne qerar veresiniz
Masin sahibi kimi aile uzvlerine etibarname vemisem bes bele olan halda nece olacaq
Yeni qaydanı qəbul etmək çox da asan deyil, birincisi qanunvericiliyimizdə hüquqi cəhətdən etibarnə verdiyim (satdığım) şəxs maşının hüquqi sahibi deyil , ona görə də qanunla istənilən zərər, cəza və sığorta artımı nəqliyat vastisəsinin sahibinin üzərinə hesablanması düzgündür. Maşın satmaq niyəti olan biri , etibarname ilə deyil devlətin rəsmi idarələrində alqı satqını rəsmiləşdirib sığortaya məlumat verməsi düzgündür. Yoxsa təmbəlik edib etibarnamə ilə satdım deyən satmır, fərqinə varmadan öz sığortasını digər şəxsə hədiyyə etmiş durumda olur...
Etibarnamə bitəndən sonra radarlar və ya dyp patrul sığorta pulu qədər cərimə yazmaqdansa yaxşı olmazdımı ki, vaxt bitən an avtomatik sığorta artırılsın və sürücüyü borc olaraq yazılsın və sürücü artıq o borcu müəyyən bir vaxtdan sonra ödəməzsə o zaman cərimə olunsun
Salamlar.sizin şerləri oxudum.lakin siqortanin sürücülərə qarşı daha da artım edirsiz və sadə təmirsiz.meselen Rusiyada etibarnamə yoxdur siqorta həm etibarnamə həmdə siqortalanmish sürücü olur.