Ru
15:40 / 13 May 2022

Evinin uçurulduğunu iddia edən şəhid anasına 3 otaqlı mənzil verilibmiş - RƏSMİ - FOTO

110466
Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumat yayılıb.


Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlı bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub.


Sabunçu rayon icra başçısı Adil Vəliyev isə açıqlama verərək şəhidin anasının kiməsə himayədarlıq etdiyini, orada tamam başqa bir şəxsin obyekt tikmək istədiyini bildirib.

Eyni zamanda həmin xanıma dövlət tərəfindən mənzil hədiyyə olunduğunu qeyd edib.





Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Bakupost.az –a M. Abdurəhmanlıya dövlət tərəfindən mənzil verilməsini təsdiqlədi:

“Abdurəhmanlı Mehriban Səftər qızı 17.09.2021-ci il tarixində Ramana Yeni Yaşayış Kompleksində üçotaqlı mənzillə təmin olunub”.






Aygün Nəbiyeva
Baku Post
Şərhlər
  • t.ədalət

    Yataqxana tipində mənzil veriblərsə,deməli,şəhid ailəsinin digər haqqı tapdanmalıdır?İndi şəhid ailəsinin haqqını bir kənara qoyub kommersant kürd Adil Vəliyevin günahını bağışlamalıyıq?Azərbaycan bir türk respublikasıdır.Hara baxırsan bütün vəzifələr kürdlərin əlindədir.Nə vaxta kimi belə olacaq?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər