Ru
15:56 / 30 İyun 2022

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2767
Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.


İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.


Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb. Xüsusi ittimaçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər